İsmayıllı rayonunun Lahıc yolunda, Namazgah kəndi ərazisində qar uçqunu baş verib. Nəticədə yol tamamilə bağlanıb.
Rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev azertag.az-a bildirib ki, hazırda əraziyə çoxlu sayda texnika cəlb olunub, yolun açılması istiqamətində iş görülür.
Bildirilib ki, qarın hündürlüyü İsmayıllı şəhərində 45 santımetrə, rayonun şimal hissəsində isə 70-75 santımetrə çatıb. Qarın ağırlığına tab gətirməyən işıq naqillərində problemlər yaranıb. Nəticədə 12 yaşayış məntəqəsində işıqlar tamamilə sönüb, hazırda mütəxəssislər tərəfindən enerjinin bərpası istiqamətində iş aparılır.