Dubayda yanğın baş verən oteldə “Yeni il” bayramını qeyd edənlər arasında Azərbaycan Respublikası vətəndaşları olsa da, xoşbəxtlikdən onlardan heç biri xəsarət almayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev azertag.az-a bildirib ki, ölkəmizin Dubay Əmirliyindəki baş konsulluğu oteldə baş vermiş yanğında xəsarət alanlar arasında vətəndaşlarımızın olmamasını təsdiqləyib.
Yanğının səbəbləri hələlik məlum deyil.