XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 13:06

Şokolad satışı ilə bağlı yeni qaydalar

shokolad.jpg

Azərbaycanda istehsalı və satışına icazə verilən şokolad çeşidlərinə dair tələblər açıqlanıb.

Bu, Standartlaşdırma və Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının qəbul etdiyi AZS 839-2015 (CODEX STAN 87-1981) “Şokolad və şokolad məhsulları” standartında əksini tapıb.

Şokolad və ondan hazırlanmış məmulatlar emal edilmiş kakaoya şəkərin və ya şəkər əvəzedicilərinin, süd məhsullarının, aromatizatorların və digər dadverici komponentlərin əlavə edilməsi ilə alınır. Müxtəlif şokolad məmulatlarının hazırlanmasında un və nişasta, həmçinin süd yağından başqa, heyvani yağlar istisna olmaqla, digər  qida məhsulları da əlavə edilə bilər. Bu əlavələr məhsulun ümumi kütləsinin  40%-dən böyük hissəsini təşkil etməməlidir. Şokoladın istehsalı zamanı, kakao yağının minimal miqdarını dəyişmədən, daxil edilmiş bütün digər qida maddələrinin ümumi kütləsini çıxmaq şərti ilə hazır məhsulun ümumi kütləsinin 5%-dən çoxunu təşkil etmədən, bitki yağı əlavə edilə bilər.  Şokoladın tərkibində olan kakao məhsullarının quru maddələrinin miqdarı 35%-dən, həmçinin kakao yağının miqdarı 18% – dən və kakao məhsullarının quru yağsızlaşdırılmış maddələrinin miqdarı 14%-dən az olmamalıdır.

Şokoladın çeşidlərinı şokolad, şirin şokolad, şokolad şirəsi, südlü şokolad, südlü tipli şokolad, südlü şokolad şirəsi və digər şokolad məhsulları (ağ şokolad, şokolad “Canduya” (Gianduja), südlü şokolad “Canduya”, şokolad para mesa, Kəmacı para mesa şokoladı, acı para mesa şokoladı) daxildir. Standart şokoladın tərkibində (bəzi (ölkələrdə) regionlarda acı şokolad, kəmşirin şokolad, qara şokolad, desert üçün şokolad da adlandırıla bilər) olan kakao məhsullarının quru maddələrinin miqdarı 35%-dən, həmçinin kakao yağının miqdarı 18%-dən və kakao məhsullarının quru yağsızlaşdırılmış maddələrinin miqdarı 14%-dən az olmamalıdır. Şirin şokoladın tərkibində olan kakao məhsullarının quru maddələrinin miqdarı 30% – dən, həmçinin kakao yağının miqdarı 18%-dən və kakao məhsullarının quru yağsızlaşdırılmış maddələrinin miqdarı 12%-dən az olmamalıdır. Südlü şokoladın tərkibində olan kakao məhsullarının quru maddələrinin miqdarı 25%-dən (2,5% quru yağsızlaşdırılmış kakao məhsulları maddələri daxil olmaqla), süd məhsullarının (2,5-3,5%-dən az olmayaraq süd yağı daxil olmaqla) quru maddələrinin miqdarı 12-14%-dən az olmamalıdır. Süd məhsullarının və süd yağının minimal miqdarı, istehsalatı səlahiyyəti daxilində saxlayan orqanlar tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq təyin edilməlidir. “Süd məhsulları”  adı altında, tərkibinə süd inqrediyentləri təbii halda daxil edilən məhsullar aid edilir. Bu halda, süd yağının əlavə edildiyi və ya kənarlaşdırıldığı hallar istisna təşkil edir.

Südlü tipli şokoladın tərkibində kakao məhsullarının quru maddələrinin miqdarı 20%-dən (2,5% quru yağsızlaşdırılmış kakao məhsulları maddələri daxil olmaqla), süd məhsullarının quru maddələrinin (həmçinin 5%-dən az olmayaraq süd yağı) miqdarı 20%-dən az olmamalıdır. “Süd məhsulları”  adı altında, tərkibinə süd inqrediyentləri təbii halda daxil edilən məhsullar aid edilir. Bu halda, süd yağının əlavə edildiyi və ya kənarlaşdırıldığı hallar istisna təşkil edir.  Südlü şokolad şirəsinin tərkibində olan kakao məhsullarının quru maddələrinin miqdarı 25%-dən (2,5% quru yağsızlaşdırılmış kakao məhsulları maddələri daxil olmaqla), süd məhsullarının quru maddələrinin miqdarı 14%-dən (3,5% süd yağı daxil olmaqla), ümumi yağın miqdarı 31% – dən az olmamalıdır.

Digər şokolad məhsullarına gəlincə, ağ şokoladın tərkibində olan kakao yağının miqdarı 20%-dən, süd məhsullarının quru maddələrinin miqdarı 14%-dən az olmamalıdır (həmçinin, istehsalatı səlahiyyəti daxilində saxlayan orqanlar tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq, 2,3-3,5%-dən az olmayaraq süd yağının minimal miqdarı  təyin edilməlidir). “Süd məhsulları”  adı altında, tərkibinə süd inqrediyentləri təbii halda daxil edilən məhsullar aid edilir. Bu halda, süd yağının əlavə edildiyi və ya kənarlaşdırıldığı hallar istisna təşkil edir. Şokolad “Canduya” (Gianduja) tərkibinə kakao məhsullarının quru maddələrinin miqdarı 32%-dən, həmçinin kakao məhsullarının quru yağsızlaşdırılmış maddələrinin miqdarı 8%-dən az olmayan və 20-40% xırdalanmış fındıqdan ibarət olan şokoladdan alınmış məhsuldur. Südlü şokolad “Canduya” tərkibində olan quru süd məhsullarının miqdarı 10%-dən az olmayan və nazik xırdalanmış fındıqların miqdarı 15-40% olan südlü şokoladdan alınmış məhsuldur. Bu məhsula meşə fındığı və fındığın digər növlərinin nazik xırdalanmış fındıqla birlikdə hazır məhsulun ümumi kütləsinin 60%-dən çox olmadığı halda badam, meşə fındığı və fındığın digər növləri əlavə edilə bilər. Şokolad para mesa bərk hissəciklərin ölçüsü 70 mkm – dən böyük olmayan emal edilməmiş şokoladdır. Kəmacı para mesa şokoladının tərkibində olan kakao məhsullarının quru maddələrinin miqdarı 30%-dən az olmamalıdır (15%-dən az olmayaraq kakao yağı və 14%-dən az olmayaraq yağsızlaşdırılmış kakao məhsulları daxil olmaqla). Acı para mesa şokoladının tərkibində quru maddələrdə kakao məhsullarının miqdarı 40%-dən az olmamalıdır (22%-dən az olmayaraq kakao yağ və 18%-dən az olmayaraq yağsızlaşdırılmış kakao məhsullar daxil olmaqla).

valyuta.az