XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 11:33

Dəniz Baykal növbəti dəfə əməliyyat olundu –Rektordan nikbin açıqlama

CXP-nin sabiq lideri, millət vəkili Dəniz Baykal bu gün növbəti dəfə əməliyyat olunub.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, beynində tromb səbəbi ilə Baykal səhər əməiyyat masasına alınıb.

Ankara Üniversitetinin rektoru Erkan İbiş bu barədə açıqlamasında deyib ki, Baykalın səhhətində irəliləyiş var: "Bu, bizim üçün çox önəmlidir. Gücü artıq bərpa olunur, qızdırması enib, müalicəyə cavab verir".