XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 13:07

Zakir Qaralovun qəbul günü dəyişib –Baş Prokurorluqdan açıqlama

Baş prokuror Zakir Qaralovun cari il oktyabrın 20-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşların nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilərək oktyabrın 27-nə saat 10:00-a keçirilib.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq:

"Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər".