XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 16:50

Səudiyyə kralı prezident İlham Əliyevə təbrik məktubu göndərdi –Mətn

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Strateq.az həmin məktubu təqdim edir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi,

Səudiyyə Ərəbistanının Kralı”.