XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2017 - 23:54

BMT nümayəndəsindən maraqlı açıqlama:"Ermənistan əhalisinin sayı 2035-ci ildə 2,5 milyon nəfərə qədər azala bilər"

Ermənistanda demoqrafik siyasət və miqrasiya bu cür davam edərsə, ölkə əhalisinin sayı 2035-ci ildə 2,5 milyon nəfərə qədər azala bilər.

Bu bəyanatla BMT-nin Əhali Fondunun Ermənistan üzrə nümayəndəsi Qarik Ayrapetyan çıxış edib.

Fondun məlumatına görə, əgər ölkə əhalisinin artımı üçün doğumun artırılması və repatriasiya üçün müvafiq addımlar atılsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı 3,2 milyona çata bilər.

Ayrapetyanın sözlərinə görə, nəzəri olaraq bu mümkün olsa da, əməli cəhətdən çox çətindir.

Onun sözlərinə görə, Ermənistan prezidentinin 2040-cı ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması barədə bəyanatı da sadəcə ambisiyalı çıxış deyil, bu çox çətin əldə oluna biləcək bir məqsəddir.

“Bundan başqa, nəzərə almalıyıq ki, Ermənistan gəlirlərin bərabərsizliyi baxımından da dünya ölkələri sırasında ilk onluqda qərarlaşıb”, – deyə Ayrapetyan vurğulayıb/Report.

Rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır.