Portuqaliyada meşə yanğını nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Bu barədə ölkə hökumətinə istinadən AFP məlumat yayıb.
"Portuqaliyada oktyabrın 15-dən başlayan meşə yanğınları nəticəsində 41 nəfər dünyasını dəyişib", — deyə məlumatda qeyd olunur.
Bundan əvvəl ölənlərin sayının 35 nəfər olduğu bildirilirdi/Report.