XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 11:41

Azərbaycanla Rusiya razılığa gəldi- Samur çayı üzərində körpünün tikintisi ilə bağlı

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə iki ölkə arasında protokolun  imzalanma mərasimi keçirilib.
 
APA-nın şimal bürosunun məlumatına görə, protokolu Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya tərəfdən isə nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.
 
Bu gün həmçinin körpünün təməlqoyma mərasimi keçiriləcək.
 
Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb.
 
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.
 
Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.
 
Körpü üç zolaqlı olacaq.