Hücumçu Neymarın PSJ futbol klubu ilə kontraktında nəzərdə tutulan bəzi bonuslar məlum olub.
Azərtac xəbər verir ki, əgər Braziliya yığmasının bu oyunçusu “Qızıl top” mükafatına layiq görülərsə, parislilər ona 3 milyon avro ödəyəcəklər. Bu məbləğ Neymarın bir aylıq məvacibinə ekvivalentdir. Neymarın bu məbləği ala bilməsi üçün o, PSJ ilə cari kontraktının qüvvədə olduğu hər hansı ildə həmin mükafata layiq görülməlidir.