XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 15:21

Azərbaycan Premyer Liqasının IX turunun oyuncədvəli müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib.

Azərtac xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – oktyabrın 20-də “Dalğa Arena”da “Səbail” klubu ilə “İnter” qarşılaşacaq.

Turun ikinci günündə iki görüş keçiriləcək. “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək günün digər oyununda “Sumqayıt” və “Zirə” klubları üz-üzə gələcəklər.

Turun maraqla gözlənilən qarşılaşmasında isə “Qəbələ” doğma meydanda “Qarabağ” klubunu qəbul edəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan “Sumqayıt”ın 10, beşinci pillədəki “İnter”in isə 8 xalı var. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq “Neftçi” (7 xal), “Səbail” (6 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.