XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 18:52

İranın tanınmış generalı Qasım SüleymaniKərkükdə qərargah açıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds qüvvələri” Kərkükdə beş baza və mənzil-qərargah açıb.

Strateq.az kurdistan.ru-ya istinadən xəbər verir ki, Kərkükdə həmçinin “Qüds qüvvələri”nə tabe olan “Ramazan”ın da qərargahı açılıb. “Ramazan” 1983-cü ildə İraqda və Kürdüstan bölgəsində hərbi əməliyyatların təşkili üçün yaradılıb. İndi ona İranın siyasətini İraqda tətbiq etmək tapşırılıb.

İraq parlamenti müdafiə və təhlükəsizlik üzrə komitəsinin kürd üzvü Şahəvan Abdulla xəbər verib ki, İranın “Qüds qüvvələri”nin üzvləri bazar ertəsi Kərkükü tutan qüvvələrin tərkibinə daxildir. İraq hərbçilərinin formasını geyinmiş qüdsçülərin vəzifəsi bölgədə İrana qarşı çıxış edən məmurları və xüsusən də Məsud Bərzaninin Kürdüstan Demokrat Partiyasının üzvlərini həbs etməkdir.