XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

18 Oktyabr 2017 - 20:14

UEFA Çempionlar Liqası:“Qarabağ” komandası “Atletiko Madrid”lə qarşılaşır

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində oktyabrın 18-də saat 20:00-da “Qarabağ”-“Atletiko Madrid” oyunu başlayıb.

Bakı Olimpiya Stadionunda keçirilən oyunu fransalı baş hakim Ruddi Buquet idarə edir.

Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxıblar.

Madrid təmsilçisinin ilk on birliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Antonio Qrizman, Saul Nigez, Yannik Karrasko, Qabi, Şime Vrsaliko, Kevin Qameyro, Nikolas Qaytan və Xose Mariya Ximenes yer alıblar.

Bu qrupun digər oyununda “Çelsi” komandası “Roma”nı qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ” əvvəlki oyunlarda səfərdə “Çelsi”yə 0:6, doğma meydanda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub.

Hesabında 6 xal olan “Çelsi” qrupda birinci pillədə qərarlaşıb. “Roma” 4 xalla ikinci, “Atletiko Madrid” 1 xalla üçüncü, hesabında xal olmayan “Qarabağ” isə sonuncudur(azərtac).