XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 20:47

2023-cü ilədək dünyada “5G” istifadəçilərinin sayımilyarda yaxınlaşacaq

“CCS Insight” şirkətinin mütəxəssisləri beşinci nəsil mobil rabitə şəbəkəsinin əvvəlki “4G” standartı ilə müqayisədə daha sürətlə tətbiq olunacağını proqnozlaşdırırlar. Gözləntilərə görə, 2023-cü ilin ortalarınadək “5G” şəbəkəsində dünya üzrə mobil qoşulmaların sayı milyarda yaxınlaşacaq.

Azərtac “dailycomm.ru” saytına istinadən xəbər verir ki, Koreya, Yaponiya və ABŞ ilk kommersiya tipli “5G” şəbəkəsini istifadəyə verməyə çalışsa da, bu şəbəkədə abunəçilərin sayına görə Çin lider olacaq. Avropa regionu “5G” texnologiyasının tətbiqi planında bir il geri qalacaq.

Analitik şirkətin qiymətləndirməsinə görə, 2022-ci ildə “5G” mobil rabitə şəbəkəsi abunəçilərinin 50 faizindən çoxu Çinin payına düşəcək. 2025-ci ilə bu ölkənin payı nisbətən azalaraq 40 faiz təşkil edəcək.