XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2017 - 20:58

Mindən artıq avtomobil ustasıbir saytda toplanıb

Azərbaycan media məkanında yeni avtotemir.az adlı sayt fəaliyyətə başlayıb.

Saytın əsas fəaliyyət istiqaməti – Bakı şəhəri daxil olmaqla bütün şəhər və rayonlar üzrə tanınmış, peşəkar ustaların axtarış sisteminin olmasıdır. Belə ki, avtomobilinizdə yaranmış hər hansı problemlə bağlı usta axtarışındasınızsa və sizə yaxın ərazidə ustaya ehtiyacınız varsa, avtotemir.az saytı vasitəsilə siz bu axtarışı asanlıqla həyata keçirə biləcəksiniz.

Saytın çox rahat interfeysi imkan verir ki, siz burada vaxt itirmədən peşəkar ustalarla bağlantı qura biləsiniz. Saytın funksiyası da çox rahat və sadədir. Belə ki, maşınınızın modelini, peşəni və istədiyiniz şəhəri seçməklə, axtarışa ən uyğun ustaların siyahısını ekranda görürsünüz. Buradan isə siz ustanın ünvanı, eləcə də əlaqə nömrəsi ilə birbaşa ünsiyyətə keçə bilərsiniz. Bununla yanaşı axtarış sistemində ustanın ad, soyadını daxil etməklə də həmin usta ilə bağlantı qura bilərsiniz.