XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2016 - 21:23

Dağıstanın xalq şairi vəfat edib

Dağıstanın xalq şairi vəfat edib

Dağıstanın xalq şairi Fazu Əliyeva ömrünün 84-cü baharında vəfat edib.
 
Apa.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Fazu Əliyeva 1932-ci ildə Dağıstan Respublikasının Xunzax rayonunun Giniçutl kəndində anadan olub. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Doğma avar və rus dillərində çoxlu sayda poema və şeirlər yazıb.
 
80-dən çox kitabı çapdan çıxmış Fazu Əliyevanın əsərləri dünyanın 68 dilinə tərcümə olunub. Postsovet dövründə 4 dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş şair uzun müddət “Dağıstan qadını” jurnalının baş redaktoru olub.