XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 04:19

Tacikistan da Azərbaycanı təkrarladı –Cinsi azlıqlara qarşı əməliyyat keçirildi

Tacikistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ölkədə yaşayan cinsi azlıqların bütün nümayəndələrini qeydiyyata alıb.

Qeyri-ənənəvi oriyentasiyalı şəxslərin siyahıya alınması "Əxlaq" və "Təmizlik" kod adları ilə keçirilən əməliyyatlar çərçivəsində baş tutub.

Siyahıda 319 homoseksual kişi və 48 lezbiyan qadın yer alıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, geylər və lezbiyanların qeydiyyata alınması onların HİV infeksiyasına yoluxma riskinin yüksək olması və tez-tez tərəf-müqabili dəyişdiklərindən əhalinin həssas təbəqəsinə aid olmaları ilə bağlıdır. (“Report”)