XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2016 - 22:24

Səudiyyə Ərəbistanı diplomatlarını İrandan çıxarır

Səudiyyə Ərəbistanı diplomatlarını İrandan çıxarır

Səudiyyə Ərəbistanı Tehrandakı səfirliyinə hücumdan sonra diplomatlarını İrandan təxliyyə etməyə başlayıb.
 
Report.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
 
Qeyd olunur ki, diplomatlar artıq Dubaya yola salınır. İlkin məlumatlara görə, təqribən 50 əməkdaş təxliyyə olunub.
 
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr İranla diplomatik münasibətlərin dayandırıldığını və İran diplomatlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verildiyini bəyan edib.
 
İki ölkə arasında münasibətlər ərəb dövlətində şiə təriqətindən olan alim Nimr ən-Nimr də daxil olmaqla “terrorçuluq və ona təhrikçilikdə” ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.
 
Yanvarın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək, binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb.