XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 06:46

Xəzər dənizində iki qayıq batdı, 8 nəfər itkin düşdü

Xəzərin Dağıstan ərazisində iki qayıqda olan 8 balıqçı itkin düşüb. 

Report.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Dağıstanın Fövqəladə Halar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km aralı Xəzərdə iki qayıqda 8 nəfər fəlakətlə üzləşib.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, iki gəmi, 31 şəxsi heyət cəlb edilib.