XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 09:01

Yollar sabah da buz bağlayacaq – Hava proqnozu

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacaq. Şəhərətrafı yolar buz bağlayacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlədə duman olacaq. Qıraq qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlədə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9 şaxta, gündüz 3-8 isti, dağlarda gecə 10-15 şaxta, yüksək dağlıq ərazilərdə 18-23 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.