“Nargilə” kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğı baş verib.
“Strateq.az” bildirir ki, Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakının Nobel prospektində yerləşən həmin binanı tamamilə alov alib. Hazırda yanğın davam edir və etrafa zəhərli tüstü yayılır.
Yanğınsöndürmə briqadaları bunanın söndürülməsinə cəlb olunublar. Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədir.
Xətai rayonu, Nobel prospektində “Nargilə” kafesinin yanxınlığında yerləşən həmin yaşayış binasının sakinləri artıq təxliyə olunublar.
*****
Məlumata görə, yanan bina yataqxanadır. Yanğın binanın plastik üz qabığının alışması ilə genişlənib. Orada məcburi köçkünlər və müəyən səbəblərdən rayondan şəhərə gələn insanlar yaşayırlar.
***
Güclü külək yanğının söndürülməsinə ciddi maneçilik törədir. Yanğın baş verən ərazi polis tərəfindən əhatəyə alınıb. İlkin məlumatlara görə, insan tələfatı yoxdur.
***
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq