XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 19:05

“Türkiyə Avropa İttifaqı üçün çox əhəmiyyətli ortaqdır” –Merkeldən mesaj

“Türkiyə qaçqınlar məsələsində əməkdaşlıq etmək üçün Avropa İttifaqı üçün çox əhəmiyyətli ortaqdır”.

Bunu Almaniya kansleri Angel Merkel oktyabrın 19-da Brüsseldə Avropa İttifaqına üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısının açılışından əvvəl bildirib.

“Biz yaxın illərdə üzərimizə 3 milyard avro ayırmaq öhdəliyi götürmüşük. Qaçqınların ehtiyaclarının ödənilməsinə sərf ediləcəyinə görə bu öhdəliyi yerinə yetirməliyik”, – kansler vurğulayıb.

A.Merkel deyib ki, sammit iştirakçıları bu məbləğin Ankaraya ödənişinə məhdudiyyətin tətbiq edilməsinin mümkünlüyünü müzakirə edəcəklər: “Ona görə də bütün tərəflərin mövqeyi dinləniləcək”.

Kansler Avropa İttifaqının Türkiyə ilə müzakirələri dayandırmaqla bağlı tələb irəli sürməyəcəyini də söyləyib/Report.