XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2016 - 10:50

Türkiyə-Rusiya gərginliyi yeni mərhələdə – Qardaş ölkə beynəlxalq məhkəməyə üz tutur

Türkiyə qeyri-qanuni hesab etdiyi Rusiyanın iqtisadi sanksiyaları ilə bağlı ümumdünya Ticarət Təşkilatına və beynəlxalq məhkəmələrə müraciət edəcək.

Bunu Türkiyənin İqtisadiyyat naziri Mustafa Elitaş deyib.

O, Rusiyanın kiçik şəhərlərində türk şirkətlərinin sahiblərinə səhmlərini ruslara təhvil vermək barədə təzyiqlərin edildiyini bildirib:

“Ticarət əxlaqı anlayışı var. Türkiyə vətəndaşları Rusiya dövlətinə güvənib, bu ölkəyə investisiya qoyublar. Baş verənləri səbrlə izləyirik. Gələn şikayətlərlə bağlı sübutları yığırıq. ümumdünya Ticarət Təşkilatına və Beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Ziyana düşən hər kəsin hüquqları qorunacaq”.

Axar.az