XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 23:13

ABŞ prezidenti Antoniu Quttereşlə Vaşinqtonda görüşəcək –BMT-dəki islahatları müzakirə edəcəklər

ABŞ prezidenti Donald Tramp və BMT-nin baş katibi Antoniu Quttereş oktyabrın 20-də Vaşinqtonda görüşəcəklər.

Bu barədə RİA "Novosti" xəbər verib.

BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik görüşün Ağ Evdə baş tutacağını bildirib. O, qeyd edib ki, beynəlxalq təşkilatın baş katibi cümə günü Vaşinqtona gedəcək.

Antoniu Quttereş həmçinin Küveyt-ABŞ Fondu tərəfindən təşkil olunan şam ziyafətində də iştirak edəcək.

Stefan Dyujarrik əlavə edib ki, tərəflər şübhəsiz ki, BMT-dəki islahatları müzakirə edəcəklər/Report.