Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqın şimalındakı Zap regionunda və Türkiyənin cənub-qərbində, Hakkari vilayətindəki mövqelərinə zərbələr endirib.
Bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Zap regionuna endirilmiş artilleriya zərbələri nəticəsində 7 terrorçu zərərsizləşdirilib.
Beləliklə, İraqın şimalında keçirilən əməliyyat nəticəsində məhv edilən PKK terrorçularının sayı 24-ə çatıb.
Eyni zamanda PKK terrorçuları Mardin vilayətinin Darkeçid rayonunda 4 nəfəri oğurlayıb/Report.