XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Oktyabr 2017 - 14:14

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə 5 milyon manat ayrılıb

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

 APA-nın xəbərinə görə, bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.

 Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.