XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 17:46

ABŞ səfiri:“Son 25 ildə Amerikada 7 min azərbaycanlı təhsil alıb”

“ABŞ-la Azərbaycan arasında mövcud olan 25 illik diplomatik münasibətlər ərzində müxtəlif təhsil mübadilə proqramları nəticəsində 7 min azərbaycanlı ABŞ-da təhsil alıb”.

 Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən Amerika Təhsil sərgisində bildirib.

 Səfir deyib ki, təhsil sərgisində ABŞ-ın müxtəlif sahələrini təmsil edən 11 müxtəlif təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər: "Sərginin məqsədi azərbaycanlılara ABŞ-da təhsil almağın yollarını göstərmək və bu sahədə kömək etməkdir. Tələbələr ABŞ-da incəsənət, xarici dillər, texnologiya sahəsində təhsil almaqla həm ölkələr arasında körpü salmış, həm də öz ölkələrinin inkişafına töhfə vermiş olurlar". (APA)