Özbəkistanda məşhur diktor prezidentin Yeni il təbrikini oxuyub və …ölüb

Prezidentin xalqa yeni il təbrikini oxuyan diktor təbrik efirdə səsləndirildiyi zaman artıq ölmüş olub.
Cebhe.info xəbər verir ki, özbəkistan prezidenti İslam Kərimovun xalqa təbrikini ənənəvi olaraq tanınmış diktor Abdumömin Utbasarov səsləndirib. Ancaq diktorun həmkarlarının sözlərinə görə, təbrik efirdə səsləndirildiyi zaman Utbasarov artıq ölmüşdü.
Azadlıq radiosunun özbəkistan bölməsinin məlumatına görə, prezidentin çıxışı daha əvvəl – dekabrın 30-da yazılıb. Ancaq dekabrın 31-də Dövlət Televiziyası yeni il təbrikinin daha geniş variantını səsləndirmək tapşırığı alıb. Buna görə də prezidentin təbriklərini səsləndirən diktor işə çağırılıb. Ancaq təbrikin dəyişdirilmiş mətninin oxunması zamanı diktorun səhhəti kəskin pişləşib və onu infarkt vurub. Buna görə də Dövlət Televiziyasının rəhbərliyi yeni il təbrikini başqa bir diktorun – Əlişir Bədəlovun oxuması barədə qərar verib. Ancaq bu variant son anda efirə verilməyib. Naməlum səbəblərdən Əbdumömin Utbasarovun daha əvvəl oxuduğu təbrik efirə verilib.
Utbasarovun ölümü haqqında isə onun həmkarları ancaq dekabrın 31-də, təbrik efirə verilməzdən qısa müddət əvvəl xəbər tutublar.
Onun ölümündən sonra yayılan məlumatlara görə, işdən icazəsiz çıxdığına görə televiziya rəhbərliyi onu vəzifəsindən kənarlaşdırıbmış. Ancaq televiziya rəhbərliyi bu barədə yayılan məlumatlara münasibət açıqlamayıb. Maraqlı məsələlərdən biri də məşhur diktorun ölümü barədə mətbuatın, eləcə də uzun illər çalışdığı Dövlət Televiziyasının heç bir məlumat yaymamasıdır.