XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 22:13

Topaz Premyer Liqası:“Səbail” “İnter”i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun ilk oyunu keçirilib.

Azərtac xəbər verir ki, oktyabrın 20-də “Dalğa Arena”da “Səbail” klubu “İnter”i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 16-cı dəqiqədə Murtuz Abakarov vurub.

Bu qələbə sayəsində xallarını doqquza çatdıran “Səbail” beşinci pilləyə yüksəlib. Çempionatda üçüncü dəfə məğlub olan "İnter" isə altıncı pilləyə düşüb.

Oktyabrın 21-də daha iki görüş keçiriləcək. “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi” ilə qarşılaşacaq. “Kapital Bank Arena”da keçiriləcək günün digər oyununda “Sumqayıt” və “Zirə” klubları üz-üzə gələcək.

Turun maraqla gözlənilən qarşılaşması oktyabrın 22-də olacaq. Həmin gün “Qəbələ” komandası “Qarabağ” klubunu qəbul edəcək.

Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü pillədədir.