XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 11:32

Daxili işlər naziri növbəti qəbul keçirib- Gəncədə

Daxili işlər naziri Ramil Usubov Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.
 
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən sakinləri, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu ilə görüşən nazir vətəndaşları narahat edən problemləri şəxsən dinləyib, onların qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.
 
Polisin fəaliyyəti ilə bağlı olmayan müraciətlərin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb. R. Usubov tərəfindən ümumilikdə 69 vətəndaş qəbul edilib.