XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Oktyabr 2017 - 14:38

Astanada planlaşdırılmamış eniş edən təyyarəBakıya çatıb

Oktyabrın 21-də Astanadan Bakıya uçan, naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdan sərnişin təyyarəsi Bakıya çatıb.

Trend-ə AZAL-dan verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:00 Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Qeyd edək ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi avialayner saat 22:56-da Astanada ştat rejimində eniş etdiyi haqda məlumat yayıb.