XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 19:47

London-Bakı reysi ilə uçan təyyarə yanğın üzündən qəza enişi EDİB

British_Airways_.jpg

“British Airways” şirkətinin Bakıdan Londona uçan təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.

“Strateq.az“-ın məlumatına görə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirib ki, aprelin 10-da Bakıdan Londona uçan “British Airways” şirkətinə məxsus “Aerobus-321” tipli təyyarə 21:19-da havaya qalxıb. Uçuşdan 11 dəqiqə sonra gəmi kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun dispetçer xidməti ilə əlaqə saxlayaraq təyyarənin iki mühərrikindən birində yanğın baş verdiyini bildirib və Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edəcəyi barədə xəbər verib.

Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərova dərhal məlumat verilib.

Onun göstərişi ilə hava limanının bütün qəza xilasetmə xidmətləri təyyarəni qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Saat 21:46-da “Aerobus-321” hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Təyyarənin göyərtəsində olan 92 sərnişin və heyət üzvlərindən heç kəs xəsarət almayıb.