XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 Oktyabr 2017 - 10:50

Elmar Məmmədyarov İtaliyaya işgüzar səfərə gedib –XİN

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya işgüzar səfər edib.

Bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, E.Məmmədyarov 24-25 oktyabr tarixlərində ATƏT-in Aralıq Dənizi Tərəfdaşlığı naminə Əməkdaşlıq proqramı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı konfransda iştirak etmək üçün İtaliyaya işgüzar səfər edib. Tədbir çərçivəsində nazir E.Məmmmədyarovun çıxışı və bir sıra rəsmilərlə ikitərəfli görüşləri nəzərdə tutulub.

Strateq.az