XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 14:29

Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçdi –Bazar ertəsi də işləyəcəklər

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib.

Strateq.az Komitəyə istinadən xəbər verir ki, artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir. Başqa sözlə, vətəndaş birinci günləri də qeydiyyat ərazi ofislərinə yaxınlaşaraq əmlakın qeydiyyat prosedurlarını yerinə yetirə bilərlər.

Qeyd edək ki, əvvəllər bazar ertəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin ərazi idarələri üçün istirahət günü kimi müəyyən olunmuşdu.

Vətəndaşlara əlavə olaraq daha bir gün də xidmət göstərilməsi çevikliyin artırılmasına, daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə, rahatlığın təmin olunmasına imkan verəcək.