XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 09:58

Cəbhədə monitorinq olacaq –Müdafiə Nazirliyi açıqladı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 25-də Füzuli rayonu Horadiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotkrıtıx, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli keçirəcəklər.