Bu gün gündüz saatlarında paytaxtın Nizami rayonunda beşmərtəbəli yataqxana binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən azərtac-a bildiriblər ki, hadisə nəticəsində binanın ikinci mərtəbəsində ümumi sahəsi 15 kvadratmetr olan mənzil və üçüncü mərtəbədəki mənzilin eyvanında quraşdırılmış kondisioner yanıb.
Yanğınsöndürən tərəfindən 20 sakin təxliyə edilib, digər mənzillər yanğından mühafizə olunub. Alov saat 15:55-də söndürülüb.