XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 12:47

Sabah hava necə olacaq? –Meteohəssas insanlara xəbərdarlıq

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.