XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 15:59

Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşdü –Müzakirə + FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və UNDP-nin Azərbaycan Respublikası üzrə rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və gələcəkdə də bu münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Qulam İshaqzai FHN-in BMT-nin müxtəlif təşkilatları ilə birgə uğurlu layihələr həyata keçirdiyindən məmnunluğunu söyləyib, səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.