XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 19:33

Putinin rəqibindən daha bir addım –Sobçak Yeltsinin seçki kampaniyasına rəhbərlik etmiş Malaşenko ilə anlaşdı

Kseniya Sobçakın seçki qərargahının rəhbəri vəzifəsinə politoloq İqor Malaşenko təyin edilib.

Bunu jurnalistlərə açıqlamasında Sobçakın özü söyləyib.

Qeyd edək ki, Malaşenko NTV televiziyasının əsas liderlərindən biri olub. Televiziya oliqarx Vladimir Qusinskinin əlindən çıxdıqdan sonra Malaşenko da vəzifəsindən çıxarılıb.

O, həmçinin 1996-cı ildə Rusiyanın eks-prezidenti Boris Yeltsinin də seçki kampaniyasına rəhbərlik edib/Axar.az.