“Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib”.
Bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü deyib.
Səfirin sözlərinə görə, üç ölkə arasında bir çox sahələr üzrə uğurlu əməkdaşlıq mövcuddur.
“Bu yaxınlarda rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu böyük “İpək yolu”nun vacib tərkib hissəsidir. Bu dəmir yolu Ermənistanın təcrid olunmasına yönəlməyib. Gələcəkdə Ermənistanın qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşsa, o da Bakı-Tbilisi-Qarsdəmir yolundan yararlana bilər”, – deyə Z.L. Gümrükçü söyləyib/APA.