XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

24 Oktyabr 2017 - 22:30

Bakı-Tbilisi-Qars dəmir yolu böyük regionu birləşdirəcək” –Gürcü nazir

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu təkcə üç ölkəni – Azərbaycan-Gürcüstan və Türkiyəni deyil, Çindən Avropaya qədər daha böyük regionu birləşdirəcək".

Bunu jurnalistlərə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya deyib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsinə 2008-ci ildən başlanılıb və artıq bu layihə istifadəyə hazırdır: "Yaxın günlərdə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərarası saziş əsasında tikilən bu dəmir yolunun rəsmi açılışı olacaq. Əminəm ki, bu layihə regionda inkişafa, sülhə, təhlükəsizliyə və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcək”.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi işə düşdükdən sonra Avropa ilə Asiyanı birləşdirəcək yeni dəmir yolu marşrutu yaradılacaq/Report.