XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 10:48

Kamran Əliyev:“Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılması üçün möhkəm siyasi iradə var”

Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilib. 
 

APA-nın xəbərinə görə, tədbir Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.
 
Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib ki, görüş “Korrupsiya cinayətlərinin istintaqı və cinayət tətbiqi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusuna həsr olunub.
 
İdarə rəisi bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılması üçün möhkəm siyasi iradə var: “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrupsiya şəbəkəsi ekspertləri tərəfindən Azərbaycanda antikorrupsiya qanunvericiliyi, onun tətbiqi öyrənilib və müvafiq tövsiyələr verilib. Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Antikorrusiya şəbəkəsi tərəfindən 3 dəyərləndirmə mərhələsini uğurla keçib”. 
 
Onun sözlərinə görə, Azərbaycan ekspertləri də digər ölkələrin antikorrupsiya qanunvericiliyinin qiymətləndirilməsində iştirak edir.
 
K. Əliyev qeyd edib ki, Azərbaycan korrupsiya sahəsində bütün konvensiyalara qoşulub.
 
Görüş müzakirələrlə davam etdirilib.