XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 16:08

Ermənistan ordusunda növbətiqanlı insident

Azərbaycanın işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun taborlarından birində növbəti qanlı insident baş verib.

Azərtac xəbər verir ki, gecə saatlarında iki hərbi qulluqçu arasında başlayan mübahisə sonradan qan tökülməsinə səbəb olub.

Təhqirlərə dözməyən Artur Xaçaturyan xidmət yoldaşına avtomat silahdan atəş açıb. A.Xaçaturyanın güllələdiyi hərbi qulluqçunun öldüyü, yaxud hələ yaşadığı barədə məlumat əsgərin valideynlərindən də gizlədilir.

Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsi tərəfindən araşdırma başlayıb.