XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 19:03

Keçmiş “OMON”-çu iflic olub- Vəkildən açıqlama

Vəkil Elçin Sadıqov Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasında saxlanılan ömürlük məhkumlar, keçmiş “OMON”-çular – Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovla görüşüb.
 
APA-nın məlumatına görə, Elçin Sadıqov bildirib ki, Elçin Əmiraslanovun sol tərəfi iflic olub, sol qolunu hərəkət etdirə bilmir, son vaxtlar epilepsiya qıcolmaları artıb. Vəkil deyib ki, həbsxanada saxlanıldığı dövrdə hepatit C virusuna yoluxan məhkuma lazımi tibbi xidmət göstərilmir, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmür.
Onun sözlərinə görə, Səfa Poladov və Arif Kazımovun da səhhətləri pisdir, həbsdə olduqları müddətdə dəfələrlə əməliyyat olunublar, hazırda ağır dərəcəli şəkərdən əziyyət çəkirlər.
 
Qeyd edək ki, hər üç şəxs 1996-cı ildə məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilib. Sonradan onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
 
Onlar Qaradağ rayon Məhkəməsinə etdikləri müraciətdə cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Lakin məhkəmə müraciəti təmin etməyib.