XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 20:35

“Instagram”dan yenilik- Birgə birbaşa yayım funksiyası istifadəyə verilib

“Instagram” sosial şəbəkəsi birgə birbaşa yayım funksiyasını istifadəyə verib.

Azərtac xəbər verir ki, sosial şəbəkənin məlumatına görə, yeni funksiya yayıma digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan yaradır. Birgə efir zamanı da tamaşaçılar şərhlər yaza biləcəklər. Bundan başqa, translyasiya videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.

Bildirilir ki, birbaşa yayıma daha bir istifadəçini əlavə etmək üçün sağ aşağı küncdəki yeni piktoqramın üzərinə basaraq “Add” (“Əlavə et”) funksiyasını seçmək lazımdır. Yeni istifadəçi qoşulan zaman ekran hissələrə bölünməyə başlayacaq.

“iOS” və “Android” əməliyyat sistemli qurğular üçün “Instagram” əlavəsini “App Store” və “Google Play” mağazasından pulsuz yükləmək olar.