XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

26 Oktyabr 2017 - 12:00

İraqdakı azərbaycanlı uşaqların aqibəti necə olacaq?- Komitə sədrindən açıqlama

İraqdakı azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, bu məsələyə toxunanda ilk növbədə həmin uşaqların oraya aparılması məsələsi üzərində dayanmaq lazmdır:

“Görürsünüz, dini radikal qrupla nə qədər böyük fəsadlar yaradırlar. Bunun fəsadlarından biri də odur ki, dini radikal qrupların təsiri altına düşən hansısa bir Azərbaycan vətəndaşı nəinki özünü, övladlarını da faciəyə sürükləyir, özü ilə aparır və bu da ağır nəticələrə gətirib çıxarır”.

Komitə sədri bildirib ki, müvafiq dövlət qurumları bu məsələ ilə məşğuldurlar: “Əminəm ki, İraqda olan Azərbaycan vətəndaşları, xüsusilə qadınlar və uşaqlar zaman-zaman oradan gətiriləcək və onların təhlükəsizliyinin təmin edilməsi üçün bizim müvafiq qurumlarımız lazımi səviyyədə tədbirlər həyata keçirəcək”.