XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 14:47

“İnter” futbol klubu adını dəyişdi- “Keşlə”ylə əvəzləndi

“İnter” klubunun hansı tarixdən “Keşlə” adını daşıyacağı rəsmən bəlli olub. Bunu apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlayıb.
 
O bildirib ki, paytaxt təmsilçisi quruma məsələ ilə bağlı rəsmi müraciət edib. Musayev həmçinin “İnter”in ölkə çempionatının növbəti turuna yeni adla çıxacağını bildirib: “İnter” bizə rəsmi müraciət edib. Lazım olan sənədlər artıq bu gün bizə daxil oldu. Komandanın “Keşlə” adlanması ayın 28-də rəsmən elan olunacaq”.
 
Qeyd edək ki, “İnter” Premyer Liqanın X turunda oktyabrın 28-də “Kəpəz”lə qarşılaşacaq.