XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 13:41

Ombudsmanın nümayəndələri xəbərdarlıq etmədən DTX-nın təcridxanasına baş çəkib

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Bu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Başçəkmədə məqsəd ombudsmanın ünvanına daxil olmuş müraciətlərin, müəssisədə saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən, keyfiyyətli qida və tibbi xidmətdən şikayətləri olmayıb. Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, ombudsmanın səlahiyyətləri izah olunub. Fərdi qaydada dinlənilən zaman saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib və aidiyyəti qurumlara müraciət olunacaq.

Yekunda müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.