ABŞ-ın 2016-cı ildə postsovet ölkələrinə satdığı atıcı silahların siyahısı açıqlanıb.
“AzeriDefence”nin məlumatına görə, ABŞ-ın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda yer alan məlumata görə, ABŞ ötən il postsovet coğrafiyasında 4 ölkəyə 1222 ədəd tapança satıb. Belə ki, ABŞ şirkətləri tərəfindən Estoniyaya 33 ədəd, Latviyaya 8 ədəd, Ermənistana 37 ədəd, Gürcüstana isə 1144 ədəd tapança ixrac edilib.
Bundan başqa, ABŞ 2016-cı ildə Estoniyaya 11 ədəd və Qazaxıstana 1 yüngül pulemyot satıb.