XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 15:23

“WhatsApp”dan daha bir yenilik- Göndərilmiş mesajları silmək mümkündür

İstifadəçilərə “WhatsApp” messencerində göndərilmiş mesajları silmək imkanı yaradılıb.

Azərtac xəbər verir ki, bu barədə “9to5Mac” bloqu məlumat yayıb. Məlumata görə, funksiya şəxsi və qrup mesajlarını dəstəkləyir. Göndərilmiş mesajdan 7 dəqiqə keçməmiş onu silmək olar və bu halda həmsöhbət "bu mesaj silinib" qeydini görəcək. Bunun üçün ekranda əlavə parametrlərdən ibarət zolaq çıxanadək barmağı mesajın üzərində saxlamaq lazımdır. İstifadəçi səbət nişanının üzərinə basmaqla mesajı silə bilər.

Yeni funksiya “WhatsApp” messencerinin son versiyasında işləyir. Oktyabrın 27-dən etibarən istifadəçilər tədricən bu funksiyadan yararlana biləcəklər.